“Nikola” şirkəti sentyabrın 20-də Hannoverdə açılan “IAA Transportation” kommersiya nəqliyyat vasitələri sərgisində “Tre” yük avtomobilinin Avropa versiyasını nümayiş etdirib.
Model iki versiyada satılacaq: Elektrik və hidrogen.
Birincisi ümumi gücü 738 kilovat-saat və 530 kilometrə qədər enerji ehtiyatı olan doqquz batareya ilə təchiz ediləcək. İkincisində isə 70 kiloqram hidrogen üçün çənlər quraşdırılacaq ki, bunun sayəsində avtomobil birdəfəyə təxminən 800 kilometr qət edə biləcək.
Avtomobillər Almaniyanın Ulm şəhərindəki “Iveco” zavodunda yığılacaq. İlk olaraq elektrik versiyası satışa çıxarılacaq.
Mənbə: motor.ru