AVTO

25 Sentyabr

"Dodge Last Call" seriyasından olan altıncı avtomobili nümayiş etdirib - FOTO

Dodge şirkəti Charger və Challenger modellərinin Last Call “vida” seriyasından olan altıncı avtomobili təqdim edib. Yeni versiya keçən əsrin yetmişinci illərin əvvəllərində Pontiakda keçirilən dreq yarışlarında uğurla çıxış etmiş məşhur avtomobilin şərəfinə Dodge Challenger Black Ghost adlandırılıb. “Qara Xəyalət” “qırmızı gözlü” Challenger SRT Helccat Redeye modelinin əsasında yaradılıb və 818 at qüvvəli 6,2-litrlik V8 mühərriki ilə təchiz edilib.

Dodge Challenger Black Ghost versiyasının əsas xüsusiyyəti qara rəngli kuzov və dekorasiya, arxa tərəfdəki ağ rəngli dekallar, vinillə örtülmüş dam və orijinal emblemlərdir. “Qara Xəyalət” 300 nüsxəlik tirajla buraxılacaqdır. Last Call seriyasından olan yeddinci avtomobili noyabrda keçiriləcək SEMA sərgisində nümayiş etdirəcəklər.

Bu günə qədər Challenger Shakedown, Charger Super Bee, Challenger Scat Pack Swinger və Charger Scat Pack Swinger modelləri təqdim ediliblər. Beşinci avtomobil isə, 818 at qüvvəli mühərrik ilə təchiz edilmiş Charger King Daytona sedanıdır. 300 nüsxədə buraxılacaq seriya Qərb sahilinin məşhur dreq-reyseri “Böyük Uilli” - Uliyam Robinsona ithaf edilib.

autograph.az