“Xəzər-Lada” ASC-nin səhmdarları oktyabr ayının 20-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda 2022-ci ilin birinci yarımilliyinin yekunlarını müzakirə edəcəklər.
"Fins.az" xəbər verir ki, bu barədə ASC-nin elanında məlumat yayımlanıb.
“Səhmdarlar yığıncaqda 2022-ci ilin birinci yarımilliyinin maliyyə hesabatını nəzərdən keçirəcək və 2022-ci ilin yanvar-iyun aylarının yekunlarına görə dividend ödənişi məsələsini müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.
“Xəzər-Lada” ASC 2004-cü ilin noyabr ayında qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 445,8 min manata bərabərdir. Şirkətin səhmdarları 151 fiziki şəxsdir.