Koronavirus pandemiyasına görə 2 ildir ardıcıl olaraq təxirə salınan Detroyt avtomobil sərgisi ziyarətçilərin üzünə açılıb.
Fins.az xəbər verir ki, açılışda ABŞ prezidenti Co Bayden də iştirak edib. Ənənəvi olaraq yanvarda açılan sərginin vaxtı geri çəkilib. Bunun da səbəbi yanvarda koronavirusa yoluxmaların artmasıdır. Lakin avtosalonda lüks avtomobillər daha az təmsil olunur. Ənənəvi avtomobillərlə yanaşı elektromobillər də kifayət qədər çox sayda modellə təmsil olunur.