AVTO

14 Sentyabr

Azərbaycanda traktor istehsalı 7%-ə yaxın azalıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 404 ədəd traktor istehsal edilib ki, bu da 2021-ci ilin 8 ayı ilə müqayisədə 6,5% azdır.

Bu barədə "Fins.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib

Məlumata görə 2022-ci il sentyabrın 1-nə anbarlarda 27 ədəd traktor var.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.