AVTO

13 Sentyabr

Gürcüstanda köhnə avtomobillərin idxalı qadağan edilir

Gürcüstan hökuməti köhnə avtomobillərin ölkəyə idxalının qadağan edilməsi istiqamətində işlərə başlayıb.

Fins.az  xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Noe Meqrelişvili “İnterpressnews” saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, söhbət Avro 5 standartına cavab verməyən avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasından gedir ki, bu da öz növbəsində 2013-cü ildən əvvəl istehsal edilmiş avtomobillərə aiddir.

Noe Meqrellişvili əlavə edib ki, bu təşəbbüs atmosferə buraxılan zərərli qazların miqdarının, karbon emissiyasınının əhəmiyyətli şəkildə azalmasına töhfə verəcək.
Onu da qeyd edib ki, müvafiq qanunvericiliyin hazırlanması istiqamətində işlərə artıq başlanılıb və müəyyən tətbiq mexanizmlərinin inkişaf etdirilməsindən sonra qanunvericiliyə düzəliş təsdiq edilməsi üçün Parlamentə təqdim ediləcək. Bundan sonra Avro 5 standartına cavab verməyən avtomobillərin Gürcüstanda qeydiyyatı mümkün olmayacaq.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın ən çox ikinci əl avtomobil ixrac etdiyi ölkədir. Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycana təxminən 160 milyon dollar dəyərində 17 mindən 150 avtomobil ixrac edilib.

© APA