“Ford Motor” şirkəti qızdırıcı mühərriklərin və soyuducu ventilyatorun nasazlığı səbəbindən alışma riski ilə əlaqədar 200 min yolsuzluq avtomobilini geri çağırır.
Fins.az xəbər verir ki, 2015, 2016 və 2017-ci illərdə buraxılmış “Ford Expeditions” və “Lincoln Navigator” modelləri geri çağırılır.
Şirkətdən bildirilib ki, mühərriklərlə əlaqədar 25 alışma faktı barədə məlumat alınıb. Yanğınların 12-si avtomobillərin ciddi zədələnməsi ilə nəticələnib.
Geri çağırmanın növbəti mərhələləri barədə avtomobil dilerlərinə məlumat veriləcək. Geri çağırılmış maşınlarda qabaq hissədə yerləşən ventilyatorun mühərrik qovşağı sentyabrın 12-dən etibarən pulsuz dəyişdiriləcək.