AVTO

31 Avqust

Türkiyənin ilk yerli elektromobilinin satış tarixi açıqlandı

Türkiyənin ilk milli elektrik avtomobili TOGG-un satışının başlanacağı tarix məlum olub.

Bu barədə ölkənin sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.

O, bildirib ki, vətəndaşlar tərəfindən elektromobilin bəyənilməsi nisbəti artıq 95%-ə çatıb.

Nazirin sözlərinə görə, elektromobilin istehsalı üçün tikilməkdə olan fabrik oktyabrın 29-da açılacağıq.Satışlara isə fabrikdən çıxan ilk nəqliyyat vasitələrinin sertifikatlaşdırma prosesinin tamamlanmasından sonra 2023-cü ilin mart ayında başlanacaq.

varank vurğulayıb ki, C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikili avtomobillərlə rəqabət aparacaq.

© Haber Global