Almaniyanın avtomobil istehsalçısı – BMW Çinin Şenyan şəhərində 2.24 milyard ABŞ dolları dəyərində 3-cü zavodunu açıb.
Zavod elektrikli avtomobil istehsalını sürətləndirmək üçün inşa edilib.
BMW bununla Çində illik avtomobil istehsalını 130 min ədəd və yaxud 18.6% artıraraq 700 mindən 830 minə çatdıracaq.
Almaniya şirkəti ötən il dünyadakı avtomobil istehsalının 40%-ni Çində reallaşdırıb.
© Report