AVTO

26 May

Azərbaycanda minatəmizləyən maşının istehsalına başlanılıb

Metal Konstitusiya zavodunda “İmprotex İndustry” tərəfindən minapartladan,minaaxtaran, yanğınsöndürən maşınlar istehsal olunur.

"Fins.az" xəbər verir ki , bunu Metal Konstruksiya zavodunun baş mühəndisi Cavidan Kərimov deyib.

O bildirib ki, Minaparladan maşının gövdəsinə başqa bütün detalları Azərbaycanda Metal Konstitusiya zavodunda istehsal olunur.İstehsal Yerli mühəndis və yerli mütəxəssislər tərəfindən istehsal həyata keçirilir.İstehsal prosesində hər hansı ölkənin texnologiyasından istifadə olunmayıb.Sadəcə olaraq minapartladan maşının müəyyən hissələri Avropanın bir sıra ölkələrindən alınır.

Cavidan Kərimovun sözlərinə görə maşın tam şəkildə xammaldan Azərbaycanda istehsal edilir.Maşın 2km məsafədən idarə oluna bilir və 30 sm dərinlikdə olan bütün minaları partalatmaq xüsusiyyətinə malikdir.Yaxın zamanda bu maşından Füzuli rayonunda düşmənin basdırdığı minaların təmizlənməsi üçün istifadə olunacaq.Artıq 1 ildir bu layihənin icrasına başlanılıb.Zavodun istehsal imkanları yüksəkdir.Zavod ay ərzində 4-5 ədəd maşın istehsal gücünə malikdir.Əgər tələb yüksək olarsa müəyyən əlavələrlə daha çox sayda minapartladan maşın istehsalı mümkündür.

Müəllif: Aynur Qəniyeva