Çin dünyanın ən çox avtomobil istehsal edən ölkəsi statusunu özündə saxlayır. Ölkədə kifayət qədər bahalı modellərlə yanaşı ucuz avtomobillər də istehsal olunur. Lakin çinlilər “kopyalamaq” xüsusiyyətlərinə sadoq qalırlar.
Bu günlərdə çin şirkətlərindən biri “Bugatti”nin oxşarını düzəldib. Lakin Fransada istehsal edilən orijinalla Çinin təqlidi arasında çox ciddi uçurum var. Fransada istehsal olunan avtomobil məhdud sayda olub qiyməti 3 milyon dollara yaxındır. İstismar xərci də öz yerində.
Çinli istehsalçı isə “Shandong Qilu Fengde” modelini cəmi 7 000 dollara təqdim edir. Avtomat ötürücülü elektromobilin maksimal sürəti 60 km/saatdır. Bir dolumla 150 km qət etmək mümkündür.
© Avtosfer