AVTO

23 May

28 illik avtomobil öz sürət həddini aşdı – VİDEO

Niderlandda 1994-cü ildə istehsal edilmiş “Toyota Supra” sportkarı avtobanda 265 km/saat sürət yığıb.

Sürət rekordunun videosu “Youtube” kanalında yerləşdirilib.

Bildirilib ki, əldə edilən sürət zavodun təqdim etdiyi maksimal sürət həddindən yüksəkdir.

Qeyd edək ki, dördüncü nəsil “Toyota Supra” 325 at gücünə malik 3,0 litrlik benzin mühərriki və 4 pilləli avtomatik transmissiya ilə təchiz edilib.

Zavod spesifikasiyasına görə, bu avtomobilin maksimal sürəti 250 km/saatla məhdudlaşır. Dördüncü nəsil “Toyota Supra” 1993-2002-ci illərdə istehsal edilib.

Mənbə: gazeta.ru