Alman avtomobil istehsalçısı BMW-nin baş icraçı direktoru Oliver Zipse bazar ertəsi dərc olunan Neue Zuercher Zeitung (NZZ) qəzetinə müsahibəsində yarımkeçirici çatışmazlığının 2023-cü ildə avtomobil sənayesi üçün problem olaraq qalacağını bildirib.
"Fins.az" xəbər verir ki, Zipse, "Biz hələ də çip çatışmazlığının ən yüksək nöqtəsindəyik" deyə bildirib. Fikirlərinin davamında o ,bildirib ki,gözləyirəm ki, ən gec gələn il irəliləyişləri görməyə başlayacağıq, lakin biz hələ 2023-cü ildə əsas çatışmazlıq ilə məşğul olmalıyıq.
BMW mart ayının ortalarında keçirdiyi illik mətbuat brifinqi zamanı çip çatışmazlığının 2022-ci ilə qədər davam edəcəyini gözlədiyini bildirib.
Zipse-nin şərhləri Volkswagen şirkətinin maliyyə direktoru Arno Antlitz-in şənbə günü oxşar bəyanatlarını təkrarladı və o, çip tədarükünün 2024-cü ilə qədər tələbatı ödəyə bilməyəcəyini gözlədiyini qeyd edib.