AVTO

06 Aprel

SAIC \"Mercedes-Benz V-Class\" miniveninə rəqib hazırlayıb

SAIC konserni Maxus markası altında yüngül kommersiya avtomobillərini buraxır. Bu günlərdə subbrendin model çeşidində Mercedes-Benz V-Class modelinə “çin cavabı” - G90 indeksli flaqman miniveni peyda olub.

Əslində Maxus G90 miniveni bir müddət bundan öncə təqdim edilmiş elektrik MIFA 9 miniveninin benzin versiyasıdır. Bununla belə, benzin miniveni elektrik versiyasından dizaynı və güc qurğusu ilə fərqlənir.

Yanacaqlı G90 minivenini nəhəng düzbucaqlı radiator barmaqlığı və başqa işıq texnikası sayəsində tanımaq olar. Qalan cəhətdən hər iki avtomobil eynidir: hər iki model müstəqil yaylı asqıya, eyni salona və opsiyalar dəstinə malikdir.

Maxus G90 miniveni “mülayim” hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğu 234 at qüvvəli 2,0-litrlik dördsilindrli benzin turbomühərriki və 48-voltluq startyor-generatordan ibarətdir. Transmissiya 8-pilləli Aisin “avtomatı”, ötürmə isə ön oxadır.

Maxus G90 modelinin satışlarına aprel ayında başlamalıdır. İlkin məlumata görə, minivenin qiyməti 230- 350 min yuan (61- 93 min manat) arasında olacaqdır. Müqayisə üçün, MIFA 9 elektrik minivenini 273 - 380 min yuana (72 - 101 min manat)  almaq olar.  

autograph.az