“Tesla” Çində istehsal edilən elektrikli avtomobillərinin qiymətini artırıb.
Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Hazırda şirkətin Çindəki zavodunda “Model 3” sedanı və “Model Y” krossoveri istehsal edilir. “Model Y” krossoveri hazırda 63,1 min dollara satılır.
Məlumata görə, elektrik avtomobillərinin sonuncu qiymət artımı ötən il dekabrında qeydə alınıb.