AVTO

30 Sentyabr

İlk Rolls-Royce elektrokarının adı məlum oldu - FOTO

Rolls-Royce şirkəti özünün ilk elektik modelinin adını açıqlayıb. Kupe kuzovuna malik olan yeni model Spectre adlandırılacaqdır. Elektrokar 2023-cü ilin dördüncü rübündə bazara çıxmalıdır. Hazırda elektrokarı ciddi sınaqlar gözləyir. Bir neçə il ərzində Rolls-Royce Spectre modelinin prototipləri 2,5 milyon kilometr məsafə qət edəcəklər ki, bu da 400 illik istismara bərabərdir. Bu sınaqlar Britaniya istehsalçısının tarixindəki ən mürəkkəb və geniş həcmli sınaqlardır.

Elektrik ötürməsi ilə hərəkətə gələn Rolls-Royce modelləri əvvəllər də olub. Məsələn, Britaniya istehsalçısı 2011-ci ildə keçirilən Cenevrə avtosalonunda “yeddinci” Phantom modelinin bazasında inşa edilmiş, iki elektrik mühərrikinə və 71 kilovat-saatlıq batareyaya  malik olan 102EX konseptini nümayiş etdirmişdi. Beş il sonra isə, bu konseptin varisi olan futuristik 103EX (Vision Next 100) konsepti debüt etmişdi. EX seriyasından olan prototiplər Britaniya markasının gələcəyə baxışını nümayiş etdirməklə mükəlləf idilər.

Lakin Spectre kupesi bu protoiplərdən ciddi şəkildə fərqlənir. Bu eksperimental avtomobil deyil, real seriya məhsuludur. Avtomobili dünya üzrə sınaqdan keçirləcəklər. Yuxarıda qeyd etdiyimiz kimi, modelin prototipləri ümumilikdə 2,5 milyon kilometr məsafə qət edəcəklər. İlk alıcılar sifariş etdikləri Spectre modellərini 2023-cü ilin dördüncü rübündə alacaqlar. 2030-cu ilə isə bütün Rolls-Royce avtomobilləri elektrokar olacaqdırlar.

Məlum məsələdir ki. Elektrokarın texniki hissəsi barədəı heç bir məlumat verilməyib. Bir müddət bundan öncə, ilk Rolls-Royce elektrokarının öz platformasına sahib olacağı, lakin güc qurğusunun əsas qurğularını BMW iX krossoveri və hələlik debüt etməmiş i7 sedanı bölüşəcəyi bildirilmişdi. “Autocar” nəşrinin bildirdiyinə görə, ikimühərrikli Spectre iX M60 modelindəkinə bənzər olacaqdır.

Eyni zamanda, elektrokarın 100 kilovat-saatlıq batareyaya və 500 kilometrlik yürüş ehtiyatına malik olacağı gözlənilir. Autograph.az