Yaponiya bazarında satılan iri Toyota Crown sedanı iki yeni xüsusi versiyaya sahib olub.
Artıq Crown sedanının modifikasiya çeşidində, müvəqqəti əsasda da olsa, RS Limited və Elegance Style versiyaları mövcud idi, indi isə yaponlar bu versiyaları dəyişdirərək, onları RS Limited II və Elegance Style III adlandırıblar.