Lamborghini şirkəti ilə Bolonyanın Qulielmo Markoni adına hava limanı (BLQ) əməkdaşlıqalarını yeniləyiblər. Tərəflər əməkdaşlığa 2013-cü ildə başlayıblar və səkkiz il ərzində italyan superkar istehsalçısı təyyarələri park yerlərinə və qapılara müşayiət etmək üçün altı avtomobili hava limanının administrasiyasına təhvil verib.
Yeddinci avtomobil üzərindən örtük bu gün götürülüb. Yeni müşayət avtomobili 5,2-litrlik V10 atmosfer mühərriki, yeddi pilləli LDF “robotu”, tam idarələnən şassisi və Lamborghini Centro Stile tərəfindən yaradılmış xüsusi livreyası olan Huracan Evo superkarıdır.
Bolonya hava limanının Lamborghini loqosunu daşıyan əvvəlki müşayət avtomobili Huracan LP 580-2 superkarı olub. Arxa ötürməli superkar 580 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilir. Lamborghini Huracan LP 580-2 modeli 100 km/saat həddinə 3.4 saniyəyə sürətlənir və 320 km/saatlıq maksimal sürət həddinə malikdir.