Səhər saatlarından etibarən paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Sıxlıq eləcə də Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti üzrə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətinə qədər olan hissədə müşahidə edilir.