Bir neçə il bundan öncə, Volkswagen konserni FCA konserninə maraqlı bir təkliflə müraciət edib – almanlar italyanlara Alfa Romeo şirkətini onlara satmağı təklif ediblər. Bu barədə məlumatı, Stellantis ittifaqının rəhbəri Karlos Tavaresə və öz mənbələrinə istinad edən “Autocar” nəşri yayıb.
Nəşrin yazdığına görə, Alfa Romeo şirkətini almaq ideyası konsernin Müşahidə Şurasının o zamankı sədri Ferdinand Pyexə məxsus olub. Pyex italyan markanın avtomobillərinə olan heyranlığı ilə tanınırdı. 2018-ci ildə Ferdinand Pyex FCA konserni ilə əlaqə yaratmağı və İtalyan avtomobil istehsalçısını satın almaq təklifini konsern rəhbərliyinə çatdırmağı tapşırıb. Volkswagen konserninin planlarına görə, Alfa Romeo markası Porsche şirkətinin himayəsinə verilməli idi.