AVTO

22 İyun

“Porsche” “Panamera” və “Taycan” avtomobillərini geri çağırır

Almaniyanın məşhur avtomobil istehsalçısı “Porsche” Çin bazarında satdığı 1571 avtomobili ön körpünün yarımox qollarındakı nasazlığa görə geri çağırır.

Fins.az Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər cari ilin fevral-may aylarında istehsal olunan “Panamera” və “Taycan” modelləridir.

Bildirilir ki, nasaz detallar "Porsche" tərəfindən yoxlanılacaq və ehtiyac olacağı təqdirdə dəyişdiriləcək.