AVTO

21 İyun

Gömrük orqanları nadir tapılan McLaren modelini məhv edib

2020-ci ilin avqust ayında Filippinin hökumət orqanları nadir tapılan McLaren 620R superkarını müsadirə etmişdi.

Müsadirəyə səbəb, idxalçının gömrük rüsumlarından yayınmaq üçün, superkarı Porsche Cayman kimi rəsmiləşdirməsi olmuşdu. Filippin hökuməti vergidən yayınanlara qarşı çox sərt tədbirləri ilə məşhurdur və bu səbəbdən də, unikal superkar digər bahalı avtomobillər ilə birlikdə məhv edilib. Bu prosesin təsvir olunduğu şəkillər ölkənin Gömrük İdarəsi tərəfindən Facebook sosial şəbəkəsində dərc edilib.