AVTO

18 İyun

Brabus yeni modelini təqdim edib - FOTO

2019-cu ildə Brabus atelyesi əsl eksklüzivi nümayiş etdirmişdi - bu, hazırkı G-Class ofrouderinin bazasında inşa edilmiş, lakin kapotunun altında 6,3-litrlik V12 mühərriki olan G V12 900 One of Ten ofrouderi idi.

Bu modelin mühərriki 900 at qüvvəsi və 1200 Nm fırlanma anı hasil edərək, ofrouderi 100 km/saat həddinə 3,8 saniyəyə sürətləndirirdi.

Brabus 900 Rocket Edition ofrouderi 25 nüsxəlik tirajla buraxılacaqdır. Hər bir ofrouder 571,270 avroya (1.155.570 manat) başa gələcəkdir.