AVTO

17 İyun

Polestar elektrik krossoverini hazırlayıb - FOTO

Volvo Cars şirkətinə məxsus olan müstəqil Polestar markası əvvəlki iki avtomobilindən əhəmiyyətli dərəcədə fərqlənəcək üçüncü modeli hazırlayır.

Birincisi, bu avtomobil krossover olacaqdır (hazırda markanın model xəttində kupe və liftbek var). Lakin tizerə baxdıqda, örtüyün altında kupeşəkilli alçaq silueti olan görünür. İkincisi, Polestar 3 artıq Volvo avtomobillərinə bənzəməyəcəkdir: krossover keçən ilki Precept konseptində nümayiş etdirilmiş yeni korporativ dizayn üslubunu alan ilk Polestar modeli olacaqdır.