AVTO

10 İyun

“Nissan” qazlaşdırma proqramına başlayır

“Nissan Mexicana” şirkəti bir sıra modelərini əhatə edən qazlaşdırma proqramına başladıqlarını açıqlayıb.

Proqram çərçivəsində V şəkilli mühərrikə malik “Nissan NP 300” pikapları, “Nissan March” (Avropada “Micra”) hatçbakları, “Urvan” minivanları, həmçinin brendin kommersiyalı avtomobilləri LPG və CNG yanacağına keçirilir.

Belə ki, ölkədə 2020-ci ildən satılan modellərdə “Gazo” şirkətilə birgə qaz çənləri avadanlığı quraşdırılacaq.

Hazırda Meksikada sözügedən avadanlıq quraşdırmaq üçün müvafiq sertifikatı olan 25 mərkəz fəaliyyət göstərir. Report