Toyota şirkəti 14 illik fasilədən sonra 300 indeksini almış yeni nəsil Land Cruiser modelini təqdim edib. Bu həqiqətən də yeni avtomobildir – şassidən tutmuş kuzova, güc qurğularına, interyerə və düymələrə qədər hər şey yenidir. Autograph.az saytını bildirdiyinə görə, artıq ofrouder iki versiyada “şəhər” və “offroad” versiyasnda təklif ediləcəkdir. Bundan başqa, Land Cruiser daha çox elektronikaya və müasir təhlükəsizlik sistemlərinə sahib olub.
Azərbaycan bazarına gəldikdə isə, yeni Land Cruiser modeli 20 iyun tarixindən başlayaraq yeri dilerlərin şou-rumlarında nümaiş olunacaqdırlar. LC 300 modelinin qiyməti ən azı 140 min manatdan başlayacaqdır.