AVTO

02 İyun

Tesla 6 minə yaxın avtomobili geri çağıracaq

"Tesla Inc." şirkəti ABŞ-da 5 970 elektrik avtomobili geri çağıracaq.

Avtomobillərin geri çağırılmasının əsas səbəbi nəqliyyat vasitələrinin əyləc sistemində yaranan nasazlıqdır. Belə ki, sözügedən avtomobillərin əyləc supporlarının boltlarının yaxşı bərkidilməməsi üzə çıxıb.

Faktı təsdiqləyən ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatında bildirilir ki, geri çağırılacaq modellər arasında "Tesla"nın 2019-2021-ci illərin buraxılışı olan "Model 3" və 2020-2021-ci illərin buraxılışı olan "Model Y" modelləri olacaq.

Xatırladaq ki, bu ilin fevral ayında şirkət ABŞ-da 135 min "Model S" və "Model V" avtomobillərini geri çağırmışdı. Sözügedən modellərinin kütləvi geri çağırılmasının səbəbi avtomobillərin "touch screen"lərinin qüsurlu olması göstərilmişdi.