Toyota Land Cruiser modeli bu il rəsmi olaraq 70 illik yubileyini qeyd edir. İlk Toyota ofrouderi 1951-ci ildə ABŞ hökumətinin təkidi ilə işıq üzü görüb - amerikan hərbiçilərinə Asiya bölgəsində istifadə edə biləcəkləri etibarlı tamötürməli nəqliyyat vasitəsi lazım idi.
Yaponiyada Land Cruiser 70th Anniversary Limited modeli 163 at qüvvəli 2,7-litrlik benzin mühərriki və 204 at qüvvəli 2,8-litrlik turbodizel ilə təklif olunur. Hər iki aqreqat altı pilləli "avtomat" ilə təchiz edilir. Yubiley versiyasının yerli bazardakı qiyməti 39.200 dollardan başlayır. Bir müddətdən sonra “yubiley” ofrouderləri digər ölkələrdə də satışa çıxarılacaq.