AVTO

01 İyun

Klassik Porsche 911 sportkarı elektrokara çevrilib

2019-cu ildə qurulan Everrati şirkəti İngiltərənin Oksfordşir şəhərində yerləşir və klassik modelləri elektrokarlara çevirməklə məşğuldur. Buna "şedevrlərin korlanması" da demək olar, ancaq şirkət nümayəndələri köhnə avtomobillərin ömrünü uzatmaq kimi nəcib bir məqsədə qulluq elədiklərini söyləyirlər Onlar, elektrokarlara çevrilmiş klassik avtomobillərin havanı çirkləndirmədiyi üçün, Avropada sərbəst şəkildə istismar edilə biləcəklərini xüsusi ilə vurğulayırlar.

Everrati mütəxəssisləri artıq 964 seriyasından olan Porsche 911 modelinin, W113 seriyasından olan Mercedes SL  (Pagoda) rodsterinin və IIA seriyasından olan Land Rover ofrouderinin elektrokara çevrilməsini həyata keçirirlər. İndi isə öz adını almış ən qabaqcıl avtomobil təqdim olunub.