Ortamühərrikli SSC Tuatara hiperkarı hazırda dünyanın ən sürətli seriya avtomobili fəxri adının sahibidir.
Bu ilin yanvar ayında hiperkar Floridadaki Johnny Bohmer Proving Grounds sınaq poliqonunda yeni rekorda imza atıb: amerikan hiperkarı iki istiqamətdə keçirilən yürüşdə ortalama 455,3 km/saat sürətini qeydə alıb. Ancaq SSC North America bununla kifayətlənmək niyyətində deyil və yeganə modelinin iki yeni versiyasını hazırlayıb.
Striker versiyasının elan edilmiş tirajı baza modeli ilə eynidir - 100 nüsxə. Ancaq trek üçün nəzərdə tutulmuş Aggressor versiyası cəmi 10 nüsxədə buraxılacaqdır. Artıq ilk müştəri avtomobillərinin yığılmasına başlanılmışdır.