Toyota şirkəti əsrarəngiz modelin təqdimatını elan edən qısa videotizeri yayımlayıb. Yapon şirkəti sxematik şəkildə çəkilmiş konturları 2 iyunda “canlandıracağına” söz verib.
Böyük ehtimalla, söhbət ABŞ bazarı üçün nəzərdə tutulmuş Corolla Cross krossoverindən gedir.
Modelin silueti avtomobilin inkişaf etdirilmiş təkər tağlarını, pəncərələrin alt xəttini və spoyleri olan damını göstərən dörd xəttlə nümyiş etdirilir. Toyota şirkəti keçən yay Corolla Cross modelinin debütünü anons edən zaman demək olar ki, eyni tizeri göstərib.