Bugatti şirkəti VIITA firmasının dəstəyi ilə hazırladığı ağıllı saatı təqdim edib.
Ağıllı saat öz sahibinin bioloji parametrlərini izləməyəvə avtomobil haqqında məlumatı almağa imkan verən xüsusi tətbiqə malikdir. Məsələn, ağıllı saat sahibinin nəbzini, təzyiqini, qanındakı oksigen səviyyəni hesablamağa və hətta onun yuxusunun keyfiyyətini müəyyən etməyə kömək edəcəkdir. Pilotlar yarışlar və məşqlər zamanı öz bədənlərindəki dəyişiklikləri izləyə biləcəkdirlər. Bundan əlavə, cihaz bioloji yaşı və stress səviyyəsini hesablaya bilər.