Dodge şirkəti dünyanın ən güclü krossoveri olan Durango SRT Hellcat modelinin istehsal tirajını iki min nüsxə ilə məhdudlaşdırsa da, sonradan onun tirajını 1.000 nüsxə artırmaq qərarına gəlib.
Muscle Cars Trucks nəşrinə bildirdiyinə görə, bu ilin iyun ayında Dodge şirkəti dünyanın ən güclü krossoverinin daha 1.000 nüsxəsini buraxacaqdır. Beləliklə, Miçiqanda buraxılan Durango SRT Hellcat krossoverinin ümumi buraxılış tirajı 3.000 ədəd olacaqdır. Buna baxmayaraq, “bərkgedən” Dodge krossoveri eksklüzivliyini qoruyacaqdır - məsələn, Challenger SRT Demon kupesi 3.300 nüsxədə istehsal edilib.