Bakı Şəhər Baş Dövlət Yol Polisi (DYP) İdarəsi "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxt ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adlarını açıqlayıb.
DYP-dən bildirilib ki, mayın 31-dən iyunun 8-dək "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər aşağıdakılardır:
"F1 halqası istiqamətində Keykab Səfərəliyeva, Rixard Zorqe, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.
Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;
20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə;
Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;
Bakı-Zığ yolu – Nobel prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;
Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.
Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib".
"Avtomobil sürücülərindən 31 may-8 iyun tarixlərində mərkəz istiqamətində hərəkətlərini məhdudlaşaraq ictimai nəqliyyata üstünlük verməmələrini xahiş edirik", - DYP-dən bildirilib. Report