İki il bundan öncə Seat markası altında el-Born konsepti bu gün Cupra Born seriya elektrokarı olaraq debüt edib.
Barselonanın mərkəzində bahalı rayonun adını daşıyan elektrokar ilkin olaraq Seat brendi altında buraxılmalı idi, lakin Volkswagen konserni strategiyasını yenidən nəzərdən keçirərək, sonunda parlaq və drayver modelləri üçün nəzərdə tutulan daha gənc Cupra markasının lehinə seçim edib. Keçən yay nümayiş etdirilmiş Cupra el-Born şou avtomobili bu seçimi bir daha təsdiqləyib. Artıq qısaldılmış Cupra Born adına sahib olan elektrokarın seriya versiyası Avropa bazarına çıxmağa hazırdır.