"Tesla" avtomobil şirkəti dünyanın ən sürətli elektromobilinin istehsalına başlayacaq.
Bu barədə "Tesla"nın rəhbəri İlon Mask öz "Twitter" səhifəsində elan edib.
O bildirib ki, "Tesla Model S Plaid" modelinin seriyalı istehsalı iyunun 3-də Kaliforniya ştatında start götürəcək.
E.Maskın sözlərinə görə, həmin model saatda 100 kilometr sürəti 2 saniyəyə yığacaq.
"Tesla Model S Plaid" "Tesla"nın S modelinin yenilənmiş versiyası olacaq.