AVTO

19 May

Üçüncü nəsil Geely Emgrand sedanı debüt edib

Artıq Çinin avtomobil istehsalçıları da mətbuata açıqlanan tarixi statistikaları toplamağa başlayıblar. Məsələn, ilk nəsil Geely Emgrand sedanları on iki il ərzində 3.17 milyon ədəd istehsal edilib.

Bu müddət ərizndə Emgrand çoxsaylı yeniləmədən keçib (son zamanlar bu hər il baş verir) və hətta 2016-cı ildə rəsmi varisini də əldə edib, amma nəticədə ikinci nəsil Geely Emgrand GL sedanı birincidən yarım addım daha yüksəkdə yerləşir və faktiki olaraq ayrı modelə çevrilib. Orijinal Emgrand modelinin birbaşa varisi isə başqa model olacaqdır. Formal olaraq bu günlərdə nümayiş etdirilmiş sedan Emgrand modelinin üçüncü nəsli sayılır.

"Üçüncü" Emgrand modeli Çin bazarında yay aylarında satışa çıxarılacaq və 9800 dollardan satılan birinci nəsildən olan sedandan bir qədər baha olacaqdır. "İkinci" Emgrand GL minimum 12 min dollara başa gəlir.