Bu smart brendi altında buraxılacaq krossoverin ilk rəsmi tizerləridir. Bu avtomobil ilə markanın tarixində yeni bir fəsil başlanacaqdır.
Krossoverin yaradılması Geely holdinqi ilə birlikdə aparılır və ölçülərinə görə yeni krossover alışdığımız Smart modellərindən daha böyük olacaqdır. Hələ üç il əvvəl smart markasının rəhbərliyi bütün model xəttinin elektrik ötürməsinə keçirələcəyini elan etmişdi, daha sonra isə, bu marka Daimler konserni ilə Çinin Geely holdinqinin ortaq olduqları firmaya çevrildi.