AVTO

18 May

Dünyanın ən sürətli avtomobili aşdı

Amerikanın Utah əyalətinin magistral yollarının birində dünyanın ən sürətli hiperkarı “SSC Tuatara” qəzaya uğrayıb. Hadisədə günahkar tərəf yoxdur. Belə ki, avtomobili daşıyan yük maşını güclü küləyin təsirindən aşıb.

Xatırladaq ki, “Tuatara” hiperkarı “Shelby Super Cars North America” şirkəti tərəfindən 2011-ci ildə təqdim olunmuşdu. Avtomobil Floridadakı bir aerodromun pistində saatda orta hesabla 455.3 kilometr sürət göstərərək Ginnesin Rekordlar Kitabına düşüb.

2021-ci ildə hipercar-ı öz rekordunu qırması üçün (yeni hədəf saatda təxminən 483 kilometr) Florida ştatındakı bir aerodroma aparan zaman güclü külək buna imkan verməyib.  

“SSC Tuatara”nı daşıyan yük maşınının sürücüsü idarəetməni itirib və maşın yan tərəfə çevrilərək aşıb. 

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra “SSC Tuatara” yararsız hala düşüb. Nəticədə yeni sürət rekordunu təyin etmək üçün hədəflənən planlar təxirə salınıb.