AVTO

17 May

Lada-nın modellərində yenilik

Sankt-Peterburqda fəaliyyət göstərən CMGAISD firması Lada Vesta və XRay modelləri üçün klassik "Jiquli" üslubunda qrafikası olan virtual cihazlar panelini hazırlayıb. Lentşəkilli spidometrə malik olan tərtibat VAZ-2101 modelini xatırladır. Bununla belə, retrodizayn funksionallığa təsir etmir – sürücüyə lazım olan bütün məlumatlar "Jiquli" ruhunda göstərilir.

CMGAISD rəqəmsal cihazlar panelini Lada Vesta və XRay modellərində quraşdırmaq olar. Ekranın icazəsi 1920х720 pikseldir, iş rejimində cərəyan istehlakı isə 0,9 Amper təşkil edir. Virtual cihazlar paneli demək olar ki, dərhal aktivləşdirilir: mərkəzi kilid açıldıqdan sonra yarım dəqiqədən az vaxt tələb olunur.