Jeep Gladiator layihəsinin böyük brend meneceri Brəndon Girmus Muscle Cars Trucks nəşrinə verdiyi müsahibədə, amerikan markasının miniven istehsal etmək planının olmadığını söyləyib.
Bununla birlikdə, Girmus gələcəkdə hansı hadisələrin cərəyan etməsinə baxmayaraq, Jeep markasının ənənələrinə sadiq qalacağını söyləyib. Meenecer markanın özünəməxsus xarakterinin olduğunu bildirərək, onların minivenə texniki cəhətdən uyğun gəlmədiklərini qeyd edib. Eyni zamanda, Girmus əsl Jeep avtomobilinin yolsuzluqda bacarıqlı olmağının, habelə qoşqunu yedəyə alma qabiliyyətinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Brend menecer ailə minivenini belə xüsusiyyətlərlə təmin etməyin asan olmayacağını qeyd edib.