Sürücülərə qarşı başlayan katalizator reydi bəzi işbazları hərəkətə keçirdib. Katalizatorların qiyməti 5-6 dəfə artıb. Xüsusilə də hibrid avtomobili idarə edənlər demək olar ki, iki gündür qapı qapı avtomobilin bu detalını axtarırlar. Bəzi sürücülər 450-600 manat xərcləyərək çatışmazlığı aradan qaldırır. Bəziləri isə qiymət baha olduğundan ucuzlaşmasını gözləyir.
Katalizatorların qiyməti 5-6 dəfə bahalaşıb.
Katalizatoru olmayan avtomobil sürücüləri xüsusilə də hibrid mühərrikli avtomobilin sürücüləri bayram günlərini katalizator axtarmaqla keçirir. Bu detal ya tapılmır,ya da olduqca baha satılır.
Avtomobil ustası Sahil Ağabəyli deyir ki, qiymətlər son bir neçə gündür artıb.Əvvəlki qiymətlərlə indiki qiymət arasında uçurum yaranıb.
Katalizatorların satışı ilə məşğul olanlar isə həttta yol polisinə təqdim etmək üçün sertifikat da təklif edirlər.Qiymətlərin bahalaşma səbəbini isə belə izah edirlər.
Ustalar isə sürücülərə xəbərdarlıq edir.Heçbir istehsalçı firma katalizatora görə sertifikat təqdim etmir.
Qeyd edək ki,bəzi işbazlar qara bazarda avtomobilin üzərində olan katalizatorların alışı üçün 800-3 min manat arasında pul təklif edirlər.Xaricdən gətirilən köhnə avtomobillərdə isə bu hissə əvvəlcədən söküldüyündən alıcıların əksəriyyətinin bundan xəbəri olmur.