AVTO

08 May

Cari ildə paytaxtda 550,5 min ton dizel yanacağı istehsal edilib

Yanvar-mart aylarında Bakıda 247,4 min ton avtomobil benzini istehsal olunub.

Fins.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, 3 ayda paytaxtda 550,5 min ton dizel yanacağı, 101,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft, 8,9 min ton azkükürdlü mazut, 15,3 min ton sürtkü yağları, 64,9 ton neft koksu və 44,9 min ton neft bitumu istehsal edilib.