AVTO

07 May

Renault Megane seriya elektrokarının ilk tizerlərini yayıb

Yaxın zamanlarda Renault şirkətinin təqdim edəcəyi yeni modellərdən bir də elektrik ötürməsi ilə hərəkətə gələn Megane modeli olmalıdır.

Elktrokar artıq seriya istehsalına hazırdır və fransız istehsalçısının dərc etdiyi tizerlər bunu təsdiq edir. Renault Megane EV modeli yeni firma loqotipini və 180 km/saatlıq sürət məhdudiyyətini alan ilk Renault avtomobili olacaq.

Bununla belə, Renault şirkəti hibrid güc qurğusunun ikinci nəslini hazırlayıb – 1,2-litrlik üçsilindrli benzin mühərriki və elektromotorun tandemi 200 at qüvvəsinin üzərində gücə malik olacaqdır. Arxa oxda əlavə elektrik mühərriki ilə təchiz ediləcək qoşulan hibridlərin (plug-in hybrid) ümumi hasilatı 280 at qüvvəsi olacaqdır. Fransızlar 2030-cu ildə Avropadakı avtomobillərə olan tələbatın 40 faizinin hibridlərin payına düşəcəyindən əmindirlər.