AVTO

07 May

Avtomobil sənayesinin itkiləri iki dəfə artıb - FOTO

Dünya bazarlarında ötən ilin sonundan yarımkeçiricilərə olan çatışmazlıq bu gün də davam edir. Bu isə, öz növbəsində, avtomobil istehsalına mənfi təsir göstərir.

“Oxford Economics” beynəlxalq konsaltinq şirkətinin hesablamalarına görə, əgər əvvəllər bu problem səbəbindən dünya avtomobil istehsalının 1 mln. avtomobil azalacağı göstərilirdisə, cari ilin birinci yarısında azalma 2 mln. və ya 2,3% təşkil edə bilər.

Qlobal bir yarımkeçirici çatışmazlığı beynəlxalq tədarük zəncirlərini pozdu və bu tendensiya ilin sonunadək davam edəcək. Avtomobil istehsalçıları, sektor üçün mikrosxemlərin çatışmazlığının ilin ikinci yarısına qədər qalacağını bildiriblər.Aparıcı avtomobil konsernlərinin hər biri istehsalı 100-400 min arası azaldır. Birinci rübün nəticələrinə nəzərə almaqla, dünyada gözlənilən 84,6 mln. illik avtomobilin istehsalından 1 mln. avtomobil istehsal olunmayacaq.