Adətən Messerschmitt dedikdə bir çoxlarının gözünün önündə İkinci Dünya Müharibəsinin məşhur təyyarələrindən biri olan Bf 109 qırıcısı canlanır.
Almaniyanın İkinci Dünya Müharibəsindəki məğlubiyyətindən sonra, Messerschmitt şirkətinə təyyarə buraxmaq qadağan edilmişdi, buna görə də almanlar Kabinenroller ləqəbli sadə üçtəkərli avtomobili buraxmaq qərarına gəlmişdi.