Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen Group”un mənfəəti bu ilin birinci rübündə 3,4 milyard avroya çatıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,6 dəfə çoxdur.
Şirkətin hesabatına görə, həmin dövr ərzində əməliyyat mənfəəti 4,81 milyard avro, yəni səhmbaşı 6,51 avro təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5 dəfə artıqdır.
Qarşıdakı dövrdə bazardakı mürəkkəb vəziyyətə, rəqabətin artmasına baxmayaraq satışların daha da artacağı güman edilir.