Skoda şirkətinin populyar modellərindən biri olan Fabia hetçbekinin yeni nəsli təqdim edilib.
Qeyd etmək gərəkdir ki, Fabia modeli Avropada hər il 100-150 minlik tirajla satılır. Üçüncü nəsildən olan Skoda Fabia modeli yeddi ildir ki, konveyer həyatı yaşayır və nəhayət onu əvəzləyəcək dördüncü nəsildən olan hetçbek bu gün debüt edib.
Yeni Skoda Fabia hetçbeklərinin Avropa bazarındakı satışlarına bu ilin yayında başlanacaqdır. Universal kuzovlu Fabia Combi modeli daha sonra debüt edəcəkdir. İş orasındadır ki, universal üzərindəki çalışmalara müəyyən gecikmə ilə başlanıb, çünki onu Skoda Kamiq krossoveri ilə əvəzləmək nəzərdə tutulurdu.