AVTO

03 May

Porsche Spyder modelində yenilik edib - FOTO

Porsche şirkəti 718 Spyder modelini 4,0-litrlik atmosfer mühərrikindən məhrum edib - indi eyni adlı versiya adi 2,0-litrlik turbomühərrik ilə satılır.

Flaqman modifikasiyasının sadələşdirilməsi Çin bazarı üçün atılmış bir addımdır. Səma İmperiyasında vergilər mühərrikin həcminə əsasən hesablanır, bu səbəbdən dördsilindrli versiyanın kütləvi satışlara nail olmaq şansı daha yüksəkdir.

“Qlobal” Porsche 718 Spyder modeli 420 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 4,0-litrlik altısilindrli mühərriklə təchiz olunur. Güc qurğusu 6-pilləli mexaniki ötürmələr qutusu və ya 7-pilləli PDK “robotu” ilə tandemdə çalışır. Bununla birlikdə, Çində satılan 718 Spyder modeli açıq kuzovlu “qlobal” versiyanı xatırladan fərqli bir avtomobildir.