AVTO

30 Aprel

Aiways markası ikinci seriya elektrokarını təqdim edib

Şanxayda yerləşən Aiways şirkəti SAIC və Volvo şirkətinin Çin bölməsinin keçmiş yüksək vəzifəli rəhbərləri tərəfindən yaradılıb.

2017-ci ildə özəl sərmayədarların vəsaiti ilə qurulan şirkətin baş mühəndisi vəzifəsinə əvvəllər Audi şirkətində işlmiş, sonradan özünün Gumpert Apollo superkarını yaratmış alman Roland Gumpert təyin edilmişdi. 2018-ci ildə isə, startap 4,7 metr uzunluğu olan Aiways U5 seriyaöncəsi elektrik krossoveri nümayiş etdirmişdi.